Gəncədə yolu keçmək istəyən gənci maşın vurdu


Gəncədə 15 yaşlı gənci maşın vurub.

Teleqraf.com xəbər verir ki, hadisə Gülüstan qəsəbəsində qeydə alınıb.

Yolu keçmək istəyən 15 yaşlı Elvin Fərzəliyevi vaz 2103 markalı minik maşını vurub.Yaralı dərhal xəstəxanaya yerləşdirilib.Xəstənin vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.


Hadisə xəbərləri
Teleqraf.com digər xəbərlər