Gəncədə yolun çökməsi nəticəsində yük maşını çuxura düşüb

Gəncədə yolun çökməsi nəticəsində yük maşını çuxura düşüb

Gəncə şəhərinin mərkəzi küçəsində bədbəxt hadisə baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, şəhərin Nəriman Nərimanov prospektində kanalizasiya sisteminin bərpası ilə bağlı aparılan iş zamanı yol çöküb.

“Shacman” markalı yük maşını yolun çökməsi nəticəsində yaranmış çuxura düşüb. Yük maşınının sürücüsü xəsarət alıb. O, dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

pia.az