Gəncədən Bakıya yarışa gələn idmançılar qəzaya düşüb, xəsarət alanlar var

Gəncədən Bakıya yarışa gələn idmançılar qəzaya düşüb, xəsarət alanlar var

Yevlaxda baş vermiş yol qəzasında idmançılar xəsarət alıb. Hadisə zamanı "MAZ" markalı yük maşını və "Mercedes" markalı mikroavtobustoqquşub.

ONA-ın Mingəçevir bürosunun məlumatına görə, Bakı-Qazax magistral yolununYevlax şəhəri ərazisindən keçən hissəsində baş vermiş avtoqəza nəticəsində3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan 1991-ci il təvəllüdlü Ramiz İlyaslı, 1963-cü il təvəllüdlü Təranə Paşayeva və 2006-cı il təvəllüdlü Polad Niyazlı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, mikroavtobusda xəsarət alanlar Bakıya yarışa gedən cüdoçu Gəncə sakinləridir.

Faktla bağlı araşdırma aparılır.

Hadisə xəbərləri
Ona.az digər xəbərlər