Gəncənin məktəbəqədər təhsil müəssisələrində istilik sisteminin quraşdırılmasına dair tender keçirilir

Gəncənin məktəbəqədər təhsil müəssisələrində istilik sisteminin quraşdırılmasına dair tender keçirilir

Gəncə Şəhər İcra Hakimiyyəti şəhər məktəbəqədər təhsil müəssisələrində istilik sistemlərinin quraşdırılması işlərinin satın alınması məqsədilə açıq tender elan edib.

ONA-nın Tender Komissiyasına istinadən verdiyi məlumata görə, tender təkliflərinin qiymətləndirilməsində aşağı qiymət, yüksək keyfiyyət, müqavilələrin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübə və maliyyə vəziyyəti kimi meyarlara üstünlük veriləcək. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları yüksək kadr potensialına, lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

İddiaçılar tender sənədlərini 6 may 2019-cu il saat 15:00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 15 may 2019-cu il saat 17:00-dək Gəncə şəhəri, Heydər Əliyev adına meydan, inzibati binaya təqdim etməlidirlər.

Təkliflər zərfi 16 may 2019-cu il saat 11:00-da açılacaq.

İqtisadiyyat xəbərləri
Ona.az digər xəbərlər