Gənclər Fondu “Avropa Şurasının 70 illiyinə həsr olunmuş İnşa Yazı Müsabiqəsi” elan edir

Gənclər Fondu “Avropa Şurasının 70 illiyinə həsr olunmuş İnşa Yazı Müsabiqəsi” elan edir

Gənclər Fondu "Avropa Şurasının 70 illiyinə həsr olunmuş İnşa Yazı Müsabiqəsi” elan edir


AZXEBER.COM xəbər verir ki, müsabiqənin əsas məqsədi Avropa Şurasına üzv olan 47 ölkədə yaşayan 840 milyon insanı birləşdirən ümumi dəyərlər və mədəniyyəti əks etdirən gənc nəslin gələcəyin Avropalısını necə təsəvvür etdiyinə dair fikirlərin bölüşməsidir.

"Gələcəyin Avropalısını təsəvvür edərkən” mövzusu çərçivəsində Avropa Şurasının əsas missiyalarından olan insan hüquqları, demokratiya və hüququn aliliyi mövzularına da toxunulması mümkündür. Müsabiqədə 14-18 yaş arası Azərbaycan vətəndaşları iştirak edə bilər. Qalib 2019-cu ilin payızında Fransanın Strasburq şəhərində Avropa Şurasının 70 illik yubileyinə həsr ediləcək mərasimə dəvət olunaraq xüsusi diplomla təltif olunacaq.

Qalibin səfər xərcləri (yol və yaşayış) Avropa Şurası tərəfindən qarşılanacaq. İkinci və üçüncü yerin qalibləri isə Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən mükafatlandırılacaq.

Müraciət tarixi: 5- 24 mart



Açar sözlər
Avropa Şurası , Gənclər Fondu , Azərbaycan , Azərbaycan Respublikası , Fransa , Strasburq
Siyasət xəbərləri
Ombudsman Elmira Süleymanova işçilərin ixtisarından danışdı - YENİLƏNİB

Ombudsman Elmira Süleymanova işçilərin ixtisarından danışdı - YENİLƏNİB

05-03-2019 00:00 - Sonxeber.az - Siyasət
Sonxeber.az xəbər verir ki, illik məruzədə dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpası, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, habelə insan hüquqlarının təmin edilməsi sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, onun dövlət qurumları, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb. Ombudsman Elmira Süleymanova məruzəsində deyib ki, Milli Preventiv Qrup (MPQ) Daxili İşlər, Ədliyyə, Müdafiə, Təhsil, Səhiyyə, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Təhlükəsizliyi və Dövlət Miqrasiya xidmətlərinin, həmçinin rayon (şəhər) icra hakimiyyətlərinin tabeliyində olan, ölkənin müxtəlif şəhər və rayonlarında yerləşən, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi 240-dək müəssisəyə, o cümlədən müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, təhsil, səhiyyə, sosial, miqrasiya və dövlət uşaq müəssisələrinə əvvəlcədən xəbərdarlıq etmədən 343 dəfə baş çəkib: "Bunların 220-i plan, 123-ü isə plandankənar olub.
Azxeber.com digər xəbərlər