General 2 idarə, 3 şöbə müdirini işdən çıxardı - Xidmətdə müşavirə


General 2 idarə, 3 şöbə müdirini işdən çıxardı - Xidmətdə müşavirə

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) Prezident İlham Əliyevin bu il fevralın 28-də imzaladığı "Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icrası ilə əlaqədar qurumun aparatının, eləcə də yerli idarə, şöbə və bölmə rəislərinin iştirakı ilə müşavirə keçirilib.

Cebhe.infoXidmətə istinadən xəbər verir ki, xidmət rəisi, general-leytenant Arzu Rəhimov müşavi­rədə aprel çağırışının yekunlarına, Xidmət tərəfindən görülmüş işlərə və qarşıda duran vəzifələrə dair geniş hesabat məruzəsi ilə çıxış edib. İdarə, şöbə və bölmələrin xidməti fəaliyyətini qiymətləndirib.

Xidmət rəisi xüsusi vurğulayıb ki, vətəndaşların qə­bulu və müraciətlərinə baxılması, vətəndaş məmnunluğunun təmin olunması işinin davam etdirilməsinin zəruriliyini qeyd edib.

Müşavirədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində yol verilmiş nöqsanlar təhlil edilib, çatışmazlıqların aradan qaldırılması və gələcəkdə təkrarlanmamasına dair göstərişlər verilib. Şəxsi heyətin Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməsinin, hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməsinin zəruriliyi vurğulanıb, həlli vacib məsələlərlə bağlı konkret qərarlar qəbul edilib.

Müşavirədə kadr dəyişiklikləri həyata keçirilib.

Xidmətin Bakı şəhəri Sabunçu və Suraxanı rayon idarələrinin, Cəlilabad, Ağcabədi və Gəncə şəhərinin Nizami rayon şöbələrinin rəisləri tutduqları vəzifələrdən azad edilərək sərəncama götürülüblər.

Müşavirəyə yekun vuran general-leytenant A.Rəhimov görüləcək işlər və xidməti fəaliyyətin daha yüksək səviyyədə təşkil olunması barədə tapşırıqlarını verərək bildirib ki, qurumun hər bir əməkdaşı bundan sonra da üzə­rinə düşən və­zifələrini şərəf və ləya­qətlə yerinə yetirməlidir.

Cebhe.info


Oxunma sayı: 111