General-leytenant Kərim Vəliyev:“Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlıq yüksək səviyyədədir” - MÜSAHİBƏ


General-leytenant Kərim Vəliyev:“Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlıq yüksək səviyyədədir” - MÜSAHİBƏ

Strateq.az Azərbaycan Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyevin “Report”un Rusiya bürosuna müsahibəsini oxucularına təqdim edir.

– Bu gün VIII Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında Azərbaycan nümayəndə heyəti dəiştirak edir. Azərbaycan bu tədbirə qatılmaqlanə əldə edir?

– Azərbaycan sülh və təhlükəsizliyə hər zaman töhfə vermiş və bu gün də töhfə verməyə davam edən bir ölkədir. Ona görə də Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında işini vacib sayır. Biz tədbir çərçivsində görüşlər zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində yaranmış real vəziyyət haqqında məlumatı iştirakçıların diqqətinə çatdırırıq. Ümumilikdə, regionun təhlükəsizliyini özündə əks etdirən bu problemə ikili standartlarla yanaşan siyasi cəhhdləri pisləyirik.

– Azərbaycan nümayəndə heyəti konfrans çərçivəsində hansısagörüşlər keçiribmi?

– Biz artıq iki gündür Rusiyada səfərdəyik. Bu müddətərzində bir çox ikitərəfli görüşlər keçirmişik. Elə konfrans da buna imkan yaradır. Biz tədbir çərçivəsindəBelarus, Türkmənistan, Özbəkistan nümayəndə heyətləri ilə görüşlər keçirdik. Gündəmdə duran məsələlər, ikitərəfli münasibətlər, Azərbaycan gerçəklikləri haqqında həmin nümayəndə heyətlərinə məlumatlar verildi. Ölkələrimiz arasındahərbi münasibətlərin inkişafı və əməkdaşlığımızın perspektivləri müzakirə edildi.

– Azərbaycan vəRusiya nümayəndə heyətləriarasında görüş keçirilibmi? Ümumiyyətlə, iki ölkə arasındahərbi əməkdaşlığını necə qiymətləndirirsiniz?

– Əlbəttə, Rusiya tərəfi ilə də görüşlər keçirdik. Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi,nazir müavinləri ilə görüşlər baş tutduvə müəyyən məsələlər ətrafında fikir mübadiləsi apardıq. Bu günAzərbaycanla Rusiya arasında hərbi əməkdaşlıq yüksək səviyyədədir. Təbii ki, ilk öncə iki ölkə arasında hərbi texniki əmakdaşlığı qeyd etmək olar. Bu sahədə əməkdaşlığımız hərtərəfli inkişaf edir. İkinci məsələ isə hərbi təhsildir. Bu istiqamətdə də işlərimizi davam etdiririk. Bu da Azərbaycan Respublikası üçün vacib məsələdir.

Azərbaycan Rusiya ilə birgədigər layihələrdə də iştirak edəcək. Bu dadöyüş hazırlığına aid olan məsələlərdir. Bura həm də mədəni proqramlar da daxildir. AzərbaycandaOrdu oyunları çərçivəsində keçirilən Dəniz Kuboku, həmçinin Rusiya tərəfindən təşkil edilən müxtəlif hərbi təlimlərdə iştirakdır. Xüsusilə bu il Azərbaycanın “Spasskaya Başniya” Beynəlxalq Hərbi Musiqi Festivalınaqatılacağını qeyd etmək istərdim.Bir sözlə, Azərbaycan Respublikası öz maraqlarına uyğunlayihələrdə iştirak edəcək.

Siyasət xəbərləri
Strateq.az digər xəbərlər