Generalın qalstukunda gizli kamera –Baş redaktoru necə “ilişdiriblər”…


Generalın qalstukunda gizli kamera –Baş redaktoru necə “ilişdiriblər”…

Rusiyanın Peterburq şəhərində İstintaq Komitəsinin Kalininqrad regional idarəsinin rəhbəri, general Viktor Ledenovdan hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən baş redaktorun məhkəməsi gedir.

Virtualaz.orgxəbər verir ki, məhkəmədə dəlil kimi Federal Təhükəsizlik Xidmətinin apardığı gizli audi-video çəkilişlər də təqdim olunub.

“Kommersant”ın yazdığına görə, xüsusi xidmət orqanları baş redaktoru ifşa etmək üçün gizli kameraları generalın kabinetindəki gül qabında və onun qalstukunda yerləşdirblər.

İstintaqın versiyasına görə Kalininqrad vilayət dumasının deputatı İqor Rudnikovun baş redaktoru olduğu “Novıe kolesa” qəzeti Ledenevin barəsində ifşaedici məqalə yazıb. Həmin məqalədə generalın dəbdəbəli malikanədə yaşadığı göstərilirdi. General isə bu məqaləni onun və istintaq idarəsinin nüfuzuna zərbə kimi qiymətləndirib, jurnalistdən şikayət edib.

Bildirilir ki, 2017-ci ilin avqustunda, həmin məqalənin dərcindən sonra Rudnikov tanışından generalın yazılanlardan bərk narazı olduğunu eşidib. Bundan sonra baş redaktorda belə niyyət yaranıb ki, ifşaedici məqalələri davam etdirməklə hədələyərək Ledenevdən 50 min dollar qoparsın.

Baş redaktorun tanışı bu işdə vasitəçilik edir və generala həmin tələbi çatdırır. Həmin ilin noyabrında Kalininqrad kafelərindən birində general baş redaktorun köməkçisinə xüsusi hazırlanmış pulları verir. Həmin gün FTX əməkdaşları Rudnikovu tutublar. Həbs olunarkən onu xüsusi qəddarlıqla döyüblər, əlini sındırıblar və dindirməyə alt paltarında gətiriblər.

Məhkəmədə araşdırılan gizli audio-video yazılarda isə baş redaktorun generaldan pul tələb etməsi təsdiqlənmir. Belə ki, Rudnikov generalın qəbuluna gedərək məruz qaldığı hücumla bağlı işin sui-qəsd kimi qiymətləndirilməsini istəyir. Bildirir ki, əvəzində Ledenevdən tənqidi yazmayacaq. Ledenev isə prokurorluğa jurnalistə qəsd işinə yenidən baxılması üçün məktub göndərməyə razılaşır, eyni zamanda ona 50 min dollar ötürməyə çalışır.

Generalın qalstukunda yerləşdirilmiş gizli kameranın çəkdiyi görüntülərə əsasən Ledenev təqvim vərəqində “50 min” yazır, sonra altında pul paçkası olan vərəqi qaldırır. “Götür, mənim kabinetimdə rahat ola bilərsən. Burada mənim təhlükəsizliyim yoxlanılır”-general Rudnikovu pulu götürməyə inandırmağa çalışır. Amma Rudnikov kabinetdə pulu götürmür.

Rudnikov hədə-qorxu ilə pul tələb etməsini inkar edir, bildirir ki, generaldan ancaq onun işinə yenidən baxılmasını xahiş etmişdi.

Hadisə xəbərləri
Zakir Həsənov yeni istismara verilmiş mərkəzdə - Video

Zakir Həsənov yeni istismara verilmiş mərkəzdə - Video

26-04-2019 09:55 - Milliyol.az - Hadisə


 

 General-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan Ordusunda yeni istismara verilmiş Peyk Rabitəsi İdarəetmə Mərkəzinin fəaliyyəti ilə tanış olub


 
 
 
Müdafiə Nazirliyindən verilən məlumata görə, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla peyk rabitə sistemi əsasən avtonom işləyən mərkəzi yerüstü stansiya, mobil və daşınan peyk rabitəsi vasitələri olaraq Azərkosmos ASC-nin peyki üzərindən fəaliyyət göstərir.
Bu peyk rabitə sistemi hücum və müdafiə əməliyyatlarında qoşunların mobil hərəkəti və çevik yerdəyişməsi zamanı komanda məntəqələri arasında səsli və mətn (DATA) məlumat mübadiləsinin təmin edilməsi üçün təyin edilib.
Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan Ordusunun rabitə vasitələrinin texniki xidmət və təmiri Mərkəzinin yeni istifadəyə verilmiş bölmələrinin açılışında da iştirak edib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov mərkəzin ərazisində yerləşən rabitə vasitələrinin təmiri üçün nəzərdə tutulmuş laboratoriyalar, eləcə də texniki, xidməti, inzibati otaqlar və saxlanclarda yaradılmış şəraitlə tanış olub.
 
 
 
 
 Populyarxəbərlər
 
 
 
 

 
 
 
 
 
 
 
 28.03.2019
 
 
 
 
 

 
 
 
 
 
 
 
 28.03.2019
 
 
 
 
 

 
 
 
 
 
 28.03.2019
 
 
 
 
 

 
 
 
 
 
 10.02.2019
 
 
 
 
 

 
 
 
 
 
 11.11.2018
 
 
 
 
 

 
 
 
 
 
 12.11.2018
 
 
 
 
 

 
 
 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 



Bildirilib ki, qoşunlarda istifadə edilən bütün növ stasionar və səyyar müasir hərbi kommunikasiya avadanlıqlarına mərkəzdə texniki xidmət göstərilir və onlar qısa müddətdə tam təmir olunaraq yenidən sıraya qaytarılır.
Avtomatlaşdırılmış idarəetmə sistemləri, radiostansiyalar və peyk avadanlıqlarının təmiri otaqlarında çalışan mütəxəssislərlə görüşən Müdafiə naziri rabitə vasitələrinin müasir ordunun idarəetmə sisteminin əsas elementlərindən biri olduğunu qeyd edib.
General-polkovnik Z.Həsənov müasir döyüşdə bölmələrin fasiləsiz, sabit, operativ və gizli idarə olunması məsələsinin Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin daim diqqət mərkəzində saxladığını bildirərək mərkəzin imkanlarının daha da genişləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

MilliYol.
Strateq.az digər xəbərlər