“German” hospitalda yeni doğulan uşaq müəmmalı şəkildə öldü

“German” hospitalda yeni doğulan uşaq müəmmalı şəkildə öldü

"German” hospitalda yeni doğulmuş uşaq müəmmalı şəkildə ölüb. Uşağın əmisi Asim Xudaverdiyev Criminal.az-a bildirib ki, 3 gün əvvəl qeysəriyyə yolu ilə oğlu dünyaya gəlib.


Əmi uşağının ölümündə Arzu adlı həkim-ginekoloqu günahkar bilir:"Uşaq Arzu adlı həkimin səhlənkarlığından ölüb. Bu gün xəstəxanadan çıxartmalı idim. Səhər zəng etdilər ki, uşaq keçinib. Ölümün səbəbini demirlər. Hazırda prokurorluq əməkdaşları klinikaya gəlib”.

Hadisə xəbərləri
Icmal.az digər xəbərlər
"Azenne Group”-un 25 mərtəbəli yaşayış binasının tikintisi dayandırıldı - KOMİTƏ HƏRƏKƏTƏ KEÇDİ

"Azenne Group”-un 25 mərtəbəli yaşayış binasının tikintisi dayandırıldı - KOMİTƏ HƏRƏKƏTƏ KEÇDİ

26-04-2019 19:16 - Icmal.az - İqtisadiyyat

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 17 ünvanında aparılan qeyri-qanuni tikinti işlərini dayandırıb.


Komitədən verilən məlumata görə, 2018-ci ilin noyabr ayında Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 17 ünvanında yerləşən yaşayış kompleksinin sakinləri tərəfindən yaşadıqları binalar qarşısında boş sahədə hündürmərtəbəli evlərin tikintisinə başlamaq cəhdləri barədə kollektiv şikayət Komitəyə daxil olub.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mütəxəssisləri tərəfindən məsələ ilə bağlı aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 2018-ci ilin mart ayında həmin ərazidə çoxmərtəbəli yaşayış binasının "Azenne Group” MMC tərəfindən tikintisinə icazə icraatına başlansa da, icraat başa çatdırılmamış və həmin binanın tikintisinə icazə verilməyib:


"Bununla əlaqədar, Komitə tərəfindən aidiyyəti dövlət qurumlarına qanunvericiliklə müəyyən olunmuş qaydada tikintiyə icazə alınana qədər bu ərazidə tikinti işlərinin dayandırılması ilə bağlı müraciət ünvanlanıb.


"Azenne Group” MMC tərəfindən təqdim olunmuş layihəyə əsasən 4 girişli 22-25 mərtəbəli yaşayış binasının tikintisi nəzərdə tutulurdu ki, bu da şəhərsalma qanunvericiliyi ilə tikinti sıxlığı üzrə həmin ərazi üçün müəyyən olunmuş normaları bir neçə dəfə üstələyir.