"Gəzə-gəzə yeməyin, yaralana bilərsiniz" - Yaponiya hökumətindən maraqlı çağırış

"Gəzə-gəzə yeməyin, yaralana bilərsiniz" - Yaponiya hökumətindən maraqlı çağırış
Yaponiya hökuməti turistlərə müraciət edib. Onları gəzərək yeməməyə çağırıb.

Bizimyol.info xəbər verir ki, Yaponiya hökuməti insanların küçədə toqquşaraq xəsarət almasından narahatdır. Çünki belə hal çox olub. Məsələn, Kioto şəhərindəki Nisiki bazarında çoxlu ayaqüstü yeməklər satılır. Özü də yeməklərin əksəri xüsusi iti çubuqlarla yeyilir. Orada insanlar küçədə toqquşarkən hətta bu çubuqlardan yaralana da bilir.

Foto: Pixabay.com

Problemi həll etmək üçün ticarət yerlərinə elanlar vurulub. Burada turistlər təhlükədən xəbərdar olunur.

Yaponiya turistlərin ən çox üz tutduğu ölkələrdəndir. Hərçənd, yanvardan səyahətçilər üçün xüsusi vergi tətbiq olunub. Yaponiyaya daxil olan hər əcnəbi 1000 ien (təxminən 9 dollar) ödəməlidir. Beləcə, büdcəyə daxilolmalar 50 milyard ien (təxminən 450 milyon dollar) artıb.

İqtisadiyyat xəbərləri
Bizimyol.info digər xəbərlər