Girovluqda olan azərbaycalı əməliyyat olundu

Girovluqda olan azərbaycalı əməliyyat olundu

Ermənistanda girovluqda olan Azərbaycan vətəndaşı Elvin İbrahimov aprelin 24-də Yerevanın "Erebuni" Tibb Mərkəzində əməliyyat olunub.

"Yeni Sabah" erməni mediasına istinadən xəbər verir ki, E.İbrahimovun tibbi müayinəsi nəticəsində onun təcili cərrahi müdaxiləyə ehtiyacının olduğu müəyyənləşdirilib. Əməliyyat zamanı xəstənin mədəsindən yad cisim çıxarılıb. Hazırda o, daimi həkim nəzarəti altındadır. Həkimlər onun vəziyyətini sabit olaraq qiymətləndirirlər.

Qeyd edək ki, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 1986-cı il təvəllüdlü, Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatda olan və dəfələrlə müalicə almış, II qrup əlil İbrahimov Elvin Arif oğlu, anasının dediyinə görə, bu ilin mart ayının 15-də evdən işə getmək adı ilə çıxıb, sonradan Qazax rayonunun Ermənistan Respublikasının Noyemberyan rayonu ilə sərhəd xəttində yolu azaraq sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb və hazırda girovluğunda saxlanılır.

Yenisabah.az
Hadisə xəbərləri
Yenisabah.az digər xəbərlər