Gizli qalan Qarabağ həqiqətləri üzə çıxır - "Son nəfəsədək"

Yaşanmış olan real tarixi hadisələrə əsaslanan, müharibə mövzusunda çəkilmiş "Son nəfəsədək" filmi artıq tamaşaçılara təqdim edilib. Qarabağ mövzusunda çəkilmiş filmdə vətənpərvərlik, döyüş hissi, qeyrət namus, torpaqlarımızın qorunması məsələsi ön plana çəkilib. Bu film Ermənilərin Azərbaycana qarşı təcavüzünün başladığı 1988-ci ildən Xocalı faciəsinə kimi bir dövrü əhatə edərək, Qarabağ həqiqətlərini tamaşaçılarının diqqətinə çatdırır.
Nurəddin Aslanovun müəllifliyi ilə rollarda İlqar Cahangir, Eldar Bağırbəyov, Novruz Cəfərov, Məhərrəm Qurbanov, Rövşən Kərimduxt, İlqar Musayev, Vüqar Vəlixanov, Elşən Rüstəmov, Ülviyyə Rza, Elçin Əfəndi, Namis Şirməmmədovun çəkildiyi "Son nəfəsədək" filmini Park Sinema Meroparkda izləyə bilərsiniz.
Qeyd edək ki, film senarist və baş prodüser Nurəddin Aslanovun təşəbbüsü ilə çəkilib.