Gömrük işçilərinin futzal turniri - VİDEO

Gömrük işçilərinin futzal turniri - VİDEO

Texniki Universitetin idman zalında ümumilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və gömrük xidmətinin yaradılmasının 27-ci ildönümünə həsr olunmuş futzal turniri keçirilib.

Yarışda 12 komanda 2 qrupda mübarizə aparıb.

Dairəvi sistemlə keçirilmiş oyunlardan sonra hər qrupdan 4 kollektiv ¼ finala vəsiqə qazanıb. 3-cü yer uğrunda qarşılaşma Hava nəqliyyatında Baş Gömrük İdarəsinin komandası ilə Bakı Baş Gömrük İdarəsi arasında baş tutub.

Görüş baş idarə futzalçılarının 4-3 hesablı qələbəsi ilə nəticələnib.

Turnirin qalibi adını isə Naxçıvan Dövlət Gömrük Komitəsinin komandası qazanıb.

Adı çəkilən kollektiv finalda Dövlət Gömrük Komitəsi futzalçılarını 6-1 hesabı ilə məğlub edib.

Yarışın yekununda fərqlənmış komandalara diplomlar və kubok təqdim olunub.

Turnirin ən əzmkaroyunçusu üçün təsis edilmiş mükafat Məhəmməd Mehdiyevə verilib.

Zaur Əsədov ən texnikalı oyunçu adına yiyələnib.

Yarışın ən yaxşı müdafiəçisiHəsən Göyüşov seçilib.

İdman xəbərləri
Realtv.az digər xəbərlər