Gömrük Komitəsi İskəndər Xəlilovun şirkətinə protokol yazdı

Gömrük Komitəsi İskəndər Xəlilovun şirkətinə protokol yazdı

Dövlət Gömrük Komitəsi "İSR Kapital Investments" MMC barədə inzibati protokol tərtib edib.

“Report” xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən tərtib edilən protokol baxılması üçün Səbail Rayon Məhkəməsiunə göndərilib.

İşə hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, "İSR Kapital Investments" MMC "İSR Holdinq" MMC-yə aid şirkətdir.

"İSR Holdinq" iş adamı İskəndər Xəlilov tərəfindən yaradılıb.

Açar sözlər
Dövlət Gömrük Komitəsi , Isr Holdinq , Səbail Rayon Məhkəməsi , Isr Kapital Investments Mmc , Isr Kapital Investments Mmc Mmc
İqtisadiyyat xəbərləri
Report.az digər xəbərlər