Gömrük Komitəsinin sədri Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşüb

Gömrük Komitəsinin sədri Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşüb

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Sankt-Peterburqda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) baş katibi Kunio Mikuriya ilə görüşüb.


Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Moderator.az-a bildirilib ki, görüş Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı çərçivəsində baş tutub. Dövlət Gömrük Komitəsinin sədri S.Mehdiyev ÜGT-nin baş katibi K.Mikuriyanın bu ilin yanvarında Azərbaycana səfərindən sonra onunla yenidən görüşməkdən məmnun olduğunu bildirib. ÜGT ilə Azərbaycan gömrüyü arasında hər zaman səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu deyən komitə sədri bu əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə və birgə fəaliyyət nəticəsində yeni nailiyyətlərin əldə olunacağına əminliyini ifadə edib.


Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən davamlı islahatlardan bəhs edən S.Mehdiyev, eyni zamanda, gömrük sahəsində şəffaflığın artırılması və gömrük orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsindən söhbət açıb. Qeyd edib ki, gömrük sistemində şəffaflığın təmin olunması və korrupsiya ilə mübarizə sahəsində atılan qətiyyətli addımların nəticəsi olaraq həm fiskal, həm də hüquqpozmalara qarşı mübarizə istiqamətində ciddi nailiyyətlər əldə olunub.


K.Mikuriya ÜGT ilə Azərbaycan gömrüyü arasında əlaqələrin müsbət məcrada inkişafından razılığını ifadə edib. Azərbaycanın ÜGT-nin ən fəal üzvlərindən biri olduğunu vurğulayan baş katib təmsil etdiyi qurumun bir neçə mərkəzinin Azərbaycanda yerləşməsini qarşılıqlı səmərəli əlaqələrin, Azərbaycan gömrüyünün beynəlxalq səviyyədə gömrük işinə verdiyi töhfələrin nəticəsi kimi yüksək qiymətləndirib.


ÜGT-nin rəhbəri Azərbaycan gömrüyündə islahatların davam etdiriləcəyinə və təmsil etdiyi qurumla səmərəli əlaqələrin bundan sonra daha da güclənəcəyinə əminliyini bildirib.


Görüşdə, eyni zamanda, bu ilin iyununda Azərbaycanda baş tutacaq informasiya texnologiyaları sahəsində beynəlxalq konfransın təşkili, həyata keçirilən hazırlıq tədbirləri ilə bağlı məsələlər müzakirə edilib.


Açar sözlər
Ilham Əliyev , Səfər Mehdiyev , Gömrük Komitəsinin Mətbuat Və Ictimaiyyətlə Əlaqələr Idarəsi , Dövlət Gömrük Komitəsi , Ümumdünya Gömrük Təşkilatı , Sankt-Peterburq , Azərbaycan , Korrupsiya
İqtisadiyyat xəbərləri

Dövlət xəstəxanalarının həkimlərinin maaşı 245-325 manat civarındadır - Ekspert biabırçı durumu şərh etdi

26-04-2019 12:55 - Cebhe.info - İqtisadiyyat
Amma minimum əməkhaqqının 130 manatdan 180 manata qaldırılması ilə bağlı Vahid Tarif Cədvəlinə (VTC) dəyişiklikdən sonra bu sferada vəziyyətə baxıram, çox acınacaqlı durumdur".

Cebhe.infoxəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Rövşən Ağayev irəli sürüb.

O bildirib ki, mövcud qanunvericiliyə (səhiyyə sahəsində vahid tarif-ixtisas sorğu kitabçası) görə dövlət səhiyyə müəssislərində əmək stajından asılı olaraq həkim heyəti 9-15-ci dərəcələr, orta tibb heyəti 5-9-cu dərəcələr, aşağ tibb heyəti isə 3-4-cü dərəcələr əsasında maaş alırlar:

"Yeni artımlardan sonra dövlət səhiyyə müəssislərində yeni işə başlamış həkimin maaşı (9-cu dərəcə ilə) 182 manatdan 246 manata, ən stajlı (11 ildən çox staja malik və 15-ci dərəcə ilə) həkimlərin maaşı isə 251 manatdan 324 manata yüksəlib.

Amma gəlir vergisi və sosial sığorta ayırmalarında baş verən dəyişikliklərdən sonra işçiyə çatası xalis əməkhaqqının gross məvacibə nisbəti aşağı düşüb.

Belə ki, 2019-cu ilin yanvarın 1-dək qüvvədə olan qanunvericiliyə görə maaşların yaşayış minimumunun 1 mislinədək olan hissəsi, yəni 2018-ci ildə 173 manat gəlir vergisindən azad idi.
Moderator.az digər xəbərlər