Gömrük nəzarətindən gizlədilən dərman preparatları aşkarlanıb

Gömrük nəzarətindən gizlədilən dərman preparatları aşkarlanıb

Bakı, 24 aprel, AZƏRTAC

Gömrük nəzarətindən gizlədilən dərman preparatları aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında “Xanoba” gömrük postunun idxal gömrük nəzarəti xəttində Rusiya istiqamətindən gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz Vito 115 CDI” markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. Bu zaman nəqliyyat vasitəsinin yük yerindəki qara polietilen paketin içərisində “Tamoksifen 20 mq” markalı 300 ədəd dərman preparatının boş qutusu, avtomobilin alt hissəsindəki ehtiyat təkərin ortasında olan boşluqda isə “Tamoksifen 20 mq” markalı 11 min 400 həb dərman preparatı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər
Mercedes , Dövlət Gömrük Komitəsi , Baş Gömrük Idarəsinin Əməliyyat Və Təhqiqat Şöbəsi , Azərbaycan , Bakı , Rusiya
Hadisə xəbərləri
Azertag.az digər xəbərlər