Gömrükdə müsadirə edilən tarixi eksponatlar - FOTOREPORTAJ

Gömrükdə müsadirə edilən tarixi eksponatlar - FOTOREPORTAJ

Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyində Gömrük Tarixi Muzeyi fəaliyyət göstərir.

Gömrük Tarixi Muzeyi 2006-cı ildə yaradılıb.

Muzey müxtəlif vaxtlarda qaçaqmalçılıq yolu ilə ölkənin gömrük sərhədindən keçirilməyə cəhd göstərilən və gömrükçülər tərəfindən saxlanılan tarixi eksponatlardan təşkil edilib. (azvision.az)

600-dən çox eksponatın saxlanıldığı muzeydə yalnız Azərbaycanın deyil, QərbiAvropa, Rusiya, həmçinin Şərq ölkələrinin incəsənətini təmsil edən dəzgah rəssamlığı, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət nümunələri, Qədim Roma, Bizansimperiyası, Səfəvilərin hakimiyyəti dövrünə aid sikkələr, XIX-XX əsrlərə aid "Quran" və "İncil" nüsxələri, ikonalar, müxtəlif dinlərə aid əşyalar toplanıb.

Həmçinin, bu muzeydə eramızdan əvvələ aid eksponatlara da rast gəlmək olar.

Açar sözlər
Gömrük Tarixi Muzeyi , Dövlət Gömrük Komitəsi , Roma , Rusiya , Azərbaycan , Quran
Mədəniyyət xəbərləri
Moderator.az digər xəbərlər