“Google” İran televiziyalarının hesablarını bağlayıb- Rəsmi Tehrandan operativ reaksiya


“Google” İran televiziyalarının hesablarını bağlayıb- Rəsmi Tehrandan operativ reaksiya

“Google” şirkəti İranın ingilisdilli “Press TV” və ispandilli “Hispan TV” televiziya kanallarının elektron versiyalarına girişi qadağan edib.

Azərtac xəbər verir ki, istifadə qaydalarının pozulmasınını bəhanə edən şirkət İran televiziyalarının “You Tube” şəbəkəsinə video yerləşdirmək imkanını da məhdudlaşdırıb.

İranın Xarici İşlər Nazirliyindən bildirilib ki, dünyaya söz və mətbuat azadlığından dərs verən ABŞ-ın bu hərəkəti onu deməyə əsas verir ki, rəsmi Vaşinqton üçün söz azadlığı dövlətlərin daxili işinə müdaxilə etmək üçün bir bəhanədir. ABŞ həqiqətlərin üzə çıxmasından və törətdiyi münaqişələr nəticəsində insanların həlak olmasın haqqında insanların fikrinin cəmiyətə yayılmasından qorxur. Ona görə də, İran televiziyalarının beynəlxalq səviyyədə söz demək imkanını məhdudlaşdırır.

İKT xəbərləri
Strateq.az digər xəbərlər
İsgəndər Həmidov AXC dövrünün cinayətlərindən danışdı:“Bizim hakimiyyətin 6 böyük cinayəti vardı”-VİDEO

İsgəndər Həmidov AXC dövrünün cinayətlərindən danışdı:“Bizim hakimiyyətin 6 böyük cinayəti vardı”-VİDEO

26-04-2019 15:32 - Strateq.az - Siyasət
Onunla çox maraqlı məqamlardan danışmışıq…Əvəz Zeynallı“Azadlıq salnaməsi”İsgəndər Həmidov “Azadlıq salnaməsi”ndə deyir ki:– Korrupsiya cinayəti ancaq hakimiyyətə bağlı cinayətdir, onu vətəndaş edə bilməz– 1990-cı ildən korrupsiya ilə mübarizə aparıram– 1990-cı ilin yanvarına qədər Əbülfəz Elçibəyin tapşırığı ilə kölgədə qalmalı oldum– Ruslar öz səfirliklərini vurmaq istəyirdilər – hərəkatı gözdən salmaq üçün– Yaqub Məmmədovun fərmanı ilə daxili işlər naziri oldum – Əbülfəz bəy əlini masaya vurdu ki, sən daxili işlər naziri olmalısan– Elçibəy hökumətinin ilk naziri mən oldum– İxtiyar Şirini respublika prokuroru, Dadaş Rzayevi isə müdafiə naziri qoyanda nəinki etiraz eləmişəm, hətta yazılı Əbülfəz bəyə müraciət eləmişəm – onların əleyhinə– Hacı Əbdül süpürgə götürüb Meydanı süpürürdü– AXC-dən hakimiyyətdə iki nəfər vardı – biri Əbülfəz Elçibəy idi, biri mən– Yatsam, yuxuma girməzdi daxili işlər naziri olacağam– Bakatinə salam vermədim ki, əlin mənim xalqımın qanına batıb– Məni mühakimə edən hakim dedi ki, sənə iş verəcəm və çox iş verəcəm, amma çalışacam ki, güllə olmasın – mən də güldüm– Mədət Quliyevi işə mən götürmüşəm– Eldar Həsənovu Gəncədə işdən mən çıxardım.