“Google” smartfonların köməyi ilə istifadəçilərin hesabını qoruyacaq

“Google” smartfonların köməyi ilə istifadəçilərin  hesabını qoruyacaq

İki mərhələli avtorizasiya – şəbəkə identifikatorlarının oğurlanması ilə mübarizədə populyar üsuldur, amma fiziki təhlükəsizlik açarı fişinq hücumlarına qarşı mübarizədə ən etibarlı və dayanıqlı metod hesab edilir. Bu metodun yeganə çatışmazlığı onun qiymətinin baha olmasıdır. Lakin “Google” bu məhdudiyyəti keçmək üsulunu tapıb.

Metbuat.az xarici KİV-lərə istinadla xəbər verir ki, internet nəhəngi öz rəsmi bloqunda elan edib ki, “Android 7.0 Nougat” və yuxarı versiyaların idarəetməsi altında işləyən “Android” qurğuları bundan sonra fiziki təhlükəsizlik açarı kimi istifadə oluna bilərlər. İki mərhələli avtorizasiya metodlarından fərqli olaraq hesaba girişi təsdiq etmək üçün smartfon fərdi kompüter və ya noutbukun yaxınlığında olmalıdır.

Yeni müdafiə sxemi “Google” hesabının köməyi ilə avtorizasiya zamanı “Gmail”, “G Suite”, “Google Cloud” və başqa xidmətlərdə işləyir. Gələcəkdə dəstəklənən sayt və xidmətlərin siyahısının artırılması gözlənilir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Google
İKT xəbərləri
Metbuat.az digər xəbərlər