"Google" yeni brendini təqdim edib

"Google" yeni brendini təqdim edib

"Google", qiyməti 400 dollardan başlayan "Pixel 3A" telefonlarını təqdim edib. Şirkət həmçinin "Android"in ən yeni variantını da təqdim edib.


"Kommersant.az" xəbər verir ki, tədbirin maraqla gözlənən məhsullarından olan "Google"ın ağıllı telefonu "Pixelin 3A" və "3A XL" modelləri istifadəçilərə təqdim olunub. Əvvəlki modellər ilə müqayisədə ucuz olması ilə diqqəti çəkən "3A" telefonları 400 dollar başlanğıc qiyməti ilə elan edilib.

Əvvəlki "Pixel" modellərində olduğu kimi yüksək keyfiyyətə malik kamerası ilə önə çıxan yeni seriyada, həm ön, həm də arxa kamerada gecə görüşü, super zoom və portret rejimi xüsusiyyəti var. Qara, ağ və bənövşəyi rəng seçiminə malik "Pixel 3A" və "3A XL" bu gündən etibarən satışa təqdim olunub.

Digər tərəfdən, "Android"in yeni variantı "Android Q" də təqdim edilib.

Marja

İKT xəbərləri
Kommersant.az digər xəbərlər