Göyərçin radara düşdü

Göyərçin radara düşdü

Almaniyada qəribə hadisə baş verib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Boholt şəhərində göyərçin radara düşüb.

Belə ki, yolda sürət həddi 30 km/saat icazə verildiyi halda, göyərçin həmin yolda 45 km/saat sürətlə uçub. Nəticədə yolda quraşdırılan radara düşüb.

Həmin hadisə və bununla bağlı paylaşılan şəkil sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Sosial şəbəkə istifadəçiləri zarafatla quşun 25 avro cərimə ödəyəndən sonra artıq o surətlə uçmayacağını yazıblar.

Milli.Az

Hadisə xəbərləri
Milli.az digər xəbərlər