Göygöldə 16 yaşlı qız yıxılaraq ölüb

Göygöl sakini bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə ötən gün Göygöl rayonu Murovdağ qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Aysu Əli qızı Məmmədova yıxılaraq başı daşa dəyib. Təcili xəstəxanaya çatdırılan yeniyetmənin beyninə qan sızdığı məlum olub. A.Məmmədova bu gün xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Açar sözlər
Aysu Əli
, Göygöl