Göygöldə 16 yaşlı qız yıxılaraq ölüb

Day.Az представляет новость на азербайджанском языке
Göygöl sakini bədbəxt hadisə nəticəsində ölüb.
Day.Az oxu.az-a istinadən bildirir ki, hadisə ötən gün Göygöl rayonu Murovdağ qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Aysu Əli qızı Məmmədova yıxılaraq başı daşa dəyib. Təcili xəstəxanaya çatdırılan yeniyetmənin beyninə qan sızdığı məlum olub. A.Məmmədova bu gün xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.