Göygöldə bədbəxt hadisə – 16 yaşlı qız yıxılaraq öldü

Göygöldə  bədbəxt hadisə – 16 yaşlı qız yıxılaraq öldü

Göygöl sakini bədbəxt hadisə nəticəsində ölüb.

Yenicag.az xəbər verir ki, hadisə ötən gün Göygöl rayonu Murovdağ qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Aysu Əli qızı Məmmədova yıxılaraq başı daşa dəyib. Təcili xəstəxanaya çatdırılan yeniyetmənin beyninə qan sızdığı məlum olub. A.Məmmədova bu gün xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Hadisə xəbərləri
Yenicag.az digər xəbərlər