Gözləri bərpa edir, damarları açır - Katarakta, qlaukoma, göz sulanması, uzaqdangörmə....

Gözləri bərpa edir, damarları açır - Katarakta, qlaukoma, göz sulanması, uzaqdangörmə....

Bu bitkinin şəfalı dəmləməsi beyin, boyun, gözlərə gələn damarları təmizləyir, gözdibi xəstəliklərlə mübarizə aparır ki, nəticədə görmə zəifliyini azaldır, görməni yaxşılaşdırır.

Milli.Az medicina.az-a istinadən bu universal reseptin katarakta, qlaukoma, göz sulanması, eləcə də quruluq, uzaqdangörmə, bulanıq görmə kimi kəskin göz xəstəliklərində istifadə edilə bilər.

Hazırlanması üçün: 2 xörək qaşığı air bitkisi kökü, 2 xörək qaşığı gülümbahar (kalendula) götürülüb, üzərinə yarım litr təmiz araq tökülür. Qaranlıq sərin yerdə 2 həftə saxlanılır. Arada çalxalanır. Hazır olanda süzülür, şüşə butulda saxlanılır.

Cövhər yarım il, hər gün yarım çay qaşığı olmaqla gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl qəbul olunur.

1 ay sonra 1 çay qaşığı edə bilərsiz.

Bu məhlul uzun müddət, səbrlə, lazım gələrsə 1 il, sağalana kimi qəbul olunmalıdır.

Ona görə elə ilk dəfədən 4 butul hazırlaya bilərsiz. Dərman nə qədər çox qalsa, o qədər effekti artır.

Milli.Az

Mədəniyyət xəbərləri
Aprelin 28-də qəbul imtahanı keçiriləcək

Aprelin 28-də qəbul imtahanı keçiriləcək

24-04-2019 11:36 - Open.az - Mədəniyyət
Beləliklə, Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 28-də ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları, ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları, Azərbaycan və rus dilləri istisna olmaqla tədris digər dillərdə aparılan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və təhsil almaq istədikləri bölməyə uyğun Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları, xarici dil fənni tədris olunmayan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və elektron ərizə doldurarkən seçdikləri xarici dil fənni üzrə imtahan verən cari ilin məzunları, üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarında (XI sinif) iştirak edə bilməyən cari ilin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar üçün imtahanlar keçiriləcək.
Milli.az digər xəbərlər