Gözyaşları tökən qadın itini tapdı: "Mama qurban, Riçi, harada idin?" - VİDEO / YENİLƏNİB

Gözyaşları tökən qadın itini tapdı: "Mama qurban, Riçi, harada idin?" - VİDEO / YENİLƏNİB

Bakıda oğurlanan Riçi adlı it tapılıb.

Muxalifet.az buta.media-ya istinadən bildirir ki, itin yiyəsi Farina adlı xanım "Səni axtarıram" verlişinə müraciət edib.

Lakin "Səni axtarıram"da efirə çıxmazdan əvvəl itini tapıb.

"Sənə qurban olum Riçi. Mama qurban. Nə olub sənə?! Nə yemisən?!" - Farina itə deyib.

Videonu izləmək üçün şəklə klikləyin:

18:49

Bakıda Farina adlı bir xanımın iti oğurlanıb.

Hadisə "Qaçaq Nəbi: 12" ünvanında baş verib.

İti oğurlanan qadının ağlayaraq oğrudan xahiş etməsi görüntüləri sosial şəbəkədə yayılıb. O, Riçi adlı itini tapan şəxsə 1000 manat pul mükafatı verəcəyini deyib.

Xanım iti oğurlayan şəxsə müraciət edib: "Mən yatmamışam bu gecə, iti harada oğurlamısansa mən orada-küçədə yatmışam. Gözlərim şişib, ölürəm, itimi qaytar. Mən özümü öldürmək istəyirəm, o itsiz yaşaya bilmərəm. Bunu hamı bilir, o, mənim nəfəsimdir".

Videonu izləmək üçün şəklə klikləyin:

İKT xəbərləri
Muxalifet.az digər xəbərlər