GTT 86-cı mövsümünə Xaçmazda yekun vurub

GTT 86-cı mövsümünə Xaçmazda yekun vurub

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi respublikamızın şimal bölgəsində qastrol səfərində olub. SİA-nın məlumatına görə, teatrın yaradıcı heyəti iyulun 7-də Quba Mədəniyyət Evində, bir gün sonra isə Xaçmazdakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzində tamaşaçılara Mirzə Fətəli Axundzadənin "Hekayəti xırs quldurbasan" komediyasını təqdim edib.

Tamaşa teatrsevərlər tərəfindən bəyənilib, aktyorların oyunu yüksək qiymətləndirilib. Teatrın yaradıcı heyətinin ölkəmizin regionlarına qastrol səfərlərinə iyunun 29-dan başlanılyıb, bundan əvvəl Balakən, Zaqatala, Qax, Qəbələ, Şəki, Oğuz, İsmayıllı, Yevlax, Goranboy, Mingəçevir rayonlarında tamaşalar təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Xaçmazdakı çıxışı ilə 86-cı teatr mövsümünə yekun vurub.

Mədəniyyət xəbərləri
Sia.az digər xəbərlər