Gücə qarşı dəqiqlik: ABŞ-ın Şərqi Avropada "Trident strategiyası" – ANALİZ

Gücə qarşı dəqiqlik: ABŞ-ın Şərqi Avropada "Trident strategiyası" – ANALİZ

Donald Trump administrasiyası sualtı qayıqlara quraşdırılacaq "Trident" D5 ballistik raketləri üçün nəzərdə tutulan, aşağı gücə malik yeni bir nüvə başlığı yaratmaq niyyətindədir.

"Belə bir silahın yaradılmasının məqsədi Şərqi Avropadakı münaqişələrdə Rusiyanı taktiki nüvə başlığından istifadədən çəkindirməkdir", - deyə Amerika Birləşmiş Ştatları Milli Təhlükəsizlik Şurasının (MTŞ) keçmiş baş direktoru Jon Vulfstal “The Guardian” qəzetinə musahibəsində bildirib.

Barak Obama dövründə Ağ Evin yüksək səviyyəli rəsmisi olan Vulfstal əmindir ki, mövcud administrasiya "nüvə silahlarının istifadəsinə dair məhdudiyyətləri azaltmağı" planlaşdırır.

"Beləliklə, Rusiya və ya Şimali Koreyanın nüvə silahlarından istifadə etməyə hər hansı bir cəhd etməsi, onlar üçün ağır nəticələrə səbəb olacaq", - deyə Vulfstal qeyd edib.

Onun sözlərinə görə, "Trident" üçün aşağı gücə malik döyüş başlıqlarının hazırlanması, ABŞ hərbi strateqlərinin qənaətinə əsaslanır: "NATO-nun şərq cinahında istənilən münaqişədə özünün adi silahlarda nisbi zəifliyini kompensasiya etmək üçün, erkən mərhələdə Rusiya taktiki nüvə silahından istifadə edəcək".

Vulfstal Rusiyanın ABŞ-ın iri həcmli mövcud başlıqlardan istifadə etmək istəməməsini düşünərək geri çəkilməyə məcbur olacağına ümid edir.

Ağ Ev "nüvə" güclərini genişləndirir

Yeni döyüş başlığı yaradılmasına formal səbəb kimi, Rusiyanın orta və yaxın mənzilli raketlərin məhv edilməsi üzrə 1987-ci ildə imzalanan müqavilənin müddəalarını pozması göstərilir. Bunlar standart ittihamlardır. Belə ittihamlar artıq bir neçə dəfə Vaşinqtonda (dekabrda onlar Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunmasına səbəb oldu) səslənib. Eyni zamanda ABŞ-da RƏM sisteminin Yaponiyada elementlərini yerləşdirmək qərarında müqavilənin pozuntularını görmək istəmirlər. Əvəzində isə Rusiyanın qanadlı raketi sınaqdan keçirməsi barədə iddia irəli sürürlər.

Əgər “The Guardian” qaynaqları etibarlıdırsa, o zaman Rusiya-Amerika razılaşmaları sisteminin sınma nöqtəsinin növbəti mərhələsi yeni ABŞ nüvə doktrinası olmalıdır. Bu sənədin mətni 2018-ci ilin yanvarın sonunadək dərc olunmalıdır.

“The Guardian”ın mənbəsi deyib ki, doktrina Vaşinqtonun nüvə silahından istifadə hüququnu əldə edəcəyi şərtlərin siyahısını genişləndirəcək. Nəşr bu cür şəraitdən birini adlandırır. Bu, kütləvi itkilərə səbəb olan qeyri-nüvə hücumuna, strateji infrastruktura, nüvə obyektlərinə və idarəetmə məntəqələrinə endirilən zərbələrə cavabdan ibarətdir. Xatırladaq ki, əvvəllər Donald Trump ABŞ nüvə silahını 10 dəfə artırmağı planlaşdırırdı.

Soyuq müharibədə olduğu kimi, nüvə silahları əsasən rəqibin qarşısını almaq üçün ən təsirli vasitə olaraq qəbul edilir.

"Mənə sənədi hazırlayan insanlar bildirdi ki, onlar Rusiya, Çin və Şimali Koreyaya aydın "çəkindirici" siqnal göndərə bilməyə çalışıblar", - deyə Jon Vulfsthal bildirib.

Əsas ünvan aydın görünür. ABŞ-ın Moskvaya yeni təyin olunan səfiri Con Hantsman bu yaxınlarda ABŞ və Rusiyanın dünya nüvə silahının 90 faizinə sahib olduğunu xatırladıb.

"Üçlükdə" bərabərliyi bərpa etmək

Üç pilləli sualtı bazalı "Trident" raketləri ABŞ nüvə arsenalının əsas hissəsidir. "Yüngül" konfiqurasiyada 11 min kilometr məsafəli raketlər, (və ya maksimum yük ilə 7,6 min kilometr) "Ohayo" sinifindən olan sualtı qayıqlarda yerləşdirilib. Açıq mətbuatda dərc olunan məlumatlara görə, 2010-cu ildə ABŞ donanmasının arsenalında olan 14 ədəd sualtı qayıq ümumilikdə 288 ədəd "Trident" ilə təchiz olunub.

Bu, ABŞ-ın nüvə "üçlüyü" (üç növ nüvə daşıyıcıları - strateji bombardmançılar, qitələrarası ballistik raketlər, atom sualtı nüvə başlığı daşıyan qayıqlar) sistemində ciddi element hesab olunur.

Siyasət xəbərləri
Ordu.az digər xəbərlər