Gül, Akar, Kılıçdaroğlu və Gök arasında maraqlı dialoq: "Mən də nazirdən şikayət etmək istəyirdim..."

Gül, Akar, Kılıçdaroğlu və Gök arasında maraqlı dialoq:  "Mən də nazirdən şikayət etmək istəyirdim..."
25 Aprel 2019 [17:19]

Bu gün Türkiyə Konstitusiya Məhkəməsinin təşkil etdiyi tədbirdə CHP lideri Kamal Kılıçdaroğlu müdafiə naziri Hulusi Akar, ədliyyə naziri Abdulhəmid Gül və CHP-li Levent Gök arasında maraqlı dialoq yaşanıb.

Mia.azxəbər verir ki, 4-lü dialoqda CHP lideri Kamal Kılıçdaroğlunun Ankarada şəhid dəfnində üzləşdiyi hücum müzakirə edilib.

Tərəflər arasında belə dialoq yaşanıb:

Abdulhəmid Gül: Xoş gəldiniz, başqanım.

Kılıçdaroğlu: xoş gördük.

Levent Gök:mən də Daxili işlər Nazirliyi haqqında şikayətlərimizi vermək istəyirəm

Kılıçdaroğlu: məncə, heç bir sıxıntısı yoxdur, verə bilərsən

Söhbətin bu yerində Gök Akara üzünü tutaraq deyir: "Hər kəs sözlərinə diqqət etməlidir. Gərginliyi artıracaq fikirlərdən uzaq durmalıdır".

Akar da şəxsinə qarşı şəhid dəfnində etdiyi çıxışa görə haqsız tənqidlərin olduğunu bildirib.

Qeyd edək ki, CHP liderinə hücum zamanı Akarın mikrafonda camaata müraciətdə"Arkadaşlar, gərəkli mesajınızı verdiniz" sözləri narazılıq yaradıb.

Qeyd edək ki, bu 4-lü müzakirədən az sonra Ərdoğan zala gəlib. O, Kılıçdaroğluna yaxınlaşıb, salamlaşıb.

Onu da qeyd edək ki, bir neçə gün əvvəl Ankarada şəhid dəfnində Kılıçdaroğluna hücum olmuşdu. Hücum edənlər həbs olunsa da, səhəri azadlığa buraxılıblar.

Mia.az

Siyasət xəbərləri
Mia.az digər xəbərlər
Mətbuat Şurasının İdarə Heyəti toplandı:  qəzet satışı və saytların üzvlüyü gündəmə çıxarıldı

Mətbuat Şurasının İdarə Heyəti toplandı: qəzet satışı və saytların üzvlüyü gündəmə çıxarıldı

26-04-2019 15:43 - Mia.az - Siyasət
yerlərdə səyyar satışın (əldə yayımın) bərpasını, iri market şəbəkələrində qəzet satışının təşkilini, Bakı Dəmiryol Vağzalında, Heydər Əliyev Hava Limanında, Bakı Beynəlxalq Avtovağzalında və digər bu kimi yerlərdə qəzet satışının bərpasını və təkmilləşdirilməsini, qəzet köşkləri üzrə icarə haqqı məsələsinin bazar qiymətlərinə və real imkanlara uyğun tənzimlənməsini, yayım firmaları üzərində köşklərdə çalışan işçiləri üçün təlimlərin təşkili öhdəliyinin müəyyənləşdirilməsini, həmçinin yayım firmalarının redaksiyalarla bağladıqları müqavilələrin vahid formasının hazırlanmasını və müqavilələrin bazar şərtlərinə uyğunlaşdırılmasını, səyyar qəzet satıcıları üçün vahid qaydaların və geyimin müəyyənləşdirilməsini, səyyar qəzet satıcılarının vergi ödəyicisi kimi qanunvericilikdə müəyyən olunmuş əlverişli qeydiyyatının həyata keçirilməsinin təmin olunmasını, onların sabit vergiyə cəlb edilmə istiqamətində işlərin aparılmasının zəruriliyinin vurğulanmasını göstərmək mümkündür. Müzakirələrdən sonra "Azedu.az”, "Yenixeber.org”, "Baku News” (baku.news), "42-ci paralel.az”, "Sozcu.info”, "Denizxeber.az” xəbər portalları, "Region mediası” qəzeti, "Ustad” dərgisi, "Loqos”, "Düyməcik”, "Elmi iş” jurnalları, "ONN media” (onn.az) və "Elit” İnformasiya Agentlikləri Şuraya üzv qəbul ediliblər.