Gülbən Ərgən Yıldırıma görə od püskürdü - Foto

Gülbən Ərgən Yıldırıma görə od püskürdü - Foto

Müğənni Gülbən Ərgən keçmiş baş nazir Binəli Yıldırımın xanımı Semiha Yıldırımın fotolarını paylaşaraq onu ələ salanlara od püskürüb.

Kult.az Teleqraf.com-a istinadla xəbər verir ki, müğənni "Semiha Yıldırıma edilənləri şiddətlə qınayıram. O bir qadın, ana, müəllimdir", deyə bildirib.

Qeyd edək ki, B.Yıldırımın İstanbul bələdiyyə seçkilərindəki rəqibi Əkrəm İmamoğlunun həyat yoldaşı Dilək İmamoğlu Semiha xanımla onun fotolarını yan-yana qoyaraq birincini aşağılayanlara sərt etirazını bildirib.

"Yıldırımın fotosuna baxdıqda anamı, bacımı görürəm. Əgər fotonu paylaşanlar kimisə aşağıladıqlarını düşünürlərsə, bilsinlər ki, məni də aşağılayırlar", - deyə Dilək İmamoğlu söyləyib.

Mədəniyyət xəbərləri
Axar.az digər xəbərlər