Gülüstan sarayının yanındakı yaşıllıq sahədə tikinti… –Nazirlik açıqlama yaydı


Gülüstan sarayının yanındakı yaşıllıq sahədə tikinti… –Nazirlik açıqlama yaydı

Gülüstan sarayının yanında yaşıllıq sahədə tikinti aparılması ilə bağlıEkologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) vətəndaşlardan daxil olan məlumat ETSN-inəməkdaşları tərəfindən araşdırılıb.

Bu barədə “Report”aEkoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiriSəyyarə Məmmədovaməlumat verib.

O bildirib ki, sözügedən ərazidə elektrik yarımstansiyası tikildiyindən və həmin yerdəki ağaclar tikinti altına düşdüyündən ağacların başqa əraziyə köçürülməsi işləri aparılır: “Tikinti başa çatdıqdan sonra həmin ərazidə Nazirliyin əməkdaşlarının nəzarəti ilə yeni ağacların əkilməsi təmin ediləcək. Yaşıllıqların qorunması ilə bağlı sayıqlıq göstərərək Nazirliyə müraciət etmiş ictimaiyyət nümayəndələrinə minnətdarlıq bildiririk”.

Hadisə xəbərləri
Strateq.az digər xəbərlər