Gürcüstan İrana humanitar yardım edəcək –33 min dollar həcmində

Gürcüstan İrana humanitar yardım edəcək –33 min dollar həcmində

Gürcüstan hökuməti qərar qəbul edib

Gürcüstan İranda aramsız yağışların səbəb olduğu təbii fəalkətlə əlaqədar bu ölkəyə humanitar yardım edəcək.

Qərara əsasən, İranın təbii fəlakətdən ziyan çəkən əhalisi üçün su konteynerləri, içməli suyun təmizlənməsi üçün filtr kompleksləri, yataq tulumları, xərək və ədyallar göndəriləcək. Humanitar yardımın ümumi dəyəri 89 164 lari (33 min dollar) təşkil edir.

Qeyd edək ki, İranda mart ayının ikinci yarısından etibarən aramsız yağışlar yağıb. Daşqınlar nəticəsində 2000-ə yaxın qəsəbə və kənd su altında qalıb, 70-dən çox insan ölüb.(Report.az)

pia.az