Gürcüstan qaz tədarükü barədə “Qazprom”la razılaşıb

Gürcüstan qaz tədarükü barədə “Qazprom”la razılaşıb

"Gürcüstan az miqdarda Rusiyadan qaz idxalına dair bu ölkənin “Qazprom” şirkəti ilə razılığa gəlib".

"Report" "Interpressnews"ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulia bildirib.

O, qazın həcmi və qiymətini qeyd etməyib.

Qeyd edək ki, hələ bu ilin fevral ayında nazir G.Kobulia Rusiyadan qaz idxal etrmək niyyətində olduqlarını bildirərək bunu qaz idxalını şaxələndirmək məqsədi ilə əsaslandırmışdı. Gürcüstan təbii qaz ehtiyaclarını, əsasən, idxal hesabına ödəyir. Gürcüstanın qaz təminatının, demək olar ki, hamısı Azərbaycanın payına düşür.

Gürcüstan 2006-cı ildən Rusiyadan qaz idxal etmir. Lakin Rusiyadan Ermənistana tədarük edilən təbii qazın 10%-ni tranzit haqqı qismində əldə edir. 2017-ci ildə Rusiya tranzit haqqını pul və qismən də xammal, 2018-ci ildə isə pul şəklində ödəyib.

İqtisadiyyat xəbərləri
Report.az digər xəbərlər