Gürcüstanda azərbaycanlı fermerə məxsus mal-qara arasında kütləvi tələfat baş verib

Gürcüstanda azərbaycanlı fermerə məxsus mal-qara arasında kütləvi tələfat baş verib

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun Qızılhacılı kəndində mal-qara arasında kütləvi tələfat baş verib.

REAL "Report"a istinadən xəbər verir ki, kənd sakini İlqar Qaxacova məxsus 100-ə yaxın iribuynuzlu mal-qara bu gün zəhərlənərək ölüb.İ.Qaxacovun bildirdiyinə görə, heyvanları müalicə etmək məqsədi ilə bu gün onları dərmanla yuyub. Bundan bir neçə saat sonra çox sayda mal-qara yerə yıxılaraq can verib.Mal-qara sahibi sağ qalan heyvanları kəsmək məcburiyyətində qalıb.İ.Qaxacov mal-qaranı bankdan götürdüyü kredit hesabına aldığını bildirib.

Hadisə xəbərləri
Realtv.az digər xəbərlər