Gürcüstanda dövlət qurumlarında rüşvət halları 90 faiz artıb

Gürcüstanda dövlət qurumlarında rüşvət halları 90 faiz artıb

Bu ilin yanvar-mart aylarında Gürcüstanın dövlət qurumlarında rüşvət alma ilə bağlı 34 fakt rəsmiləşdirilib.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin rüblük hesabatında bildirilib.

İllik müqayisədə qonşu ölkənin dövlət idarələrində rüşvət hallarının sayı 88,89% artıb. Ötən ilin I rübündə bu cür halların sayı 18 təşkil edib.

Hesabat dövründə vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı 15, vəzifə səlahiyyətlərini aşma ilə bağlı isə 72 fakt qeydə alınıb.(Report.az)

pia.az