Gürcüstanda SOCAR-ın qaz xəttində qəza baş verib

Gürcüstanda SOCAR-ın qaz xəttində qəza baş verib

Batuminin Bagratoni küçəsində qaz borusunda qəza yaranıb.

REAL-ın ONA-ya istinadən verdiyi məlumata görə, bu barədə “SOCAR Georgia” şirkəti məlumat verib. Hadisə nəticəsində 50 min abunəçiyə qaz verilişinin dayandığı bildirilir.

“Əsas boru xətti zədələndiyindən Batumi və Xelvaçauriyə qaz verilişi dayandırılıb. Təmir işləri aparılır. Sabahdan etibarən tədricən qaz verilişi bərpa ediləcək” - “SOCAR Georgia Gas” şirkətinin direktoru Vaxtanq Berişvili belə deyib.

Hadisə yerinə təmir-bərpa heyəti cəlb edilib.

İqtisadiyyat xəbərləri
Realtv.az digər xəbərlər