Güzəştli kredit şərtləri bu şəxslərə şamil edilməyəcək

Güzəştli kredit şərtləri bu şəxslərə  şamil edilməyəcək

"10 min dollardan yuxarı götürülən kreditlərə güzəşt nəzərdə tutulmayıb".

Metbuat.az-ın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfransında bildirib. Sədr bildirib ki, bu kreditləri sahibkarlar öz biznes planları üçün götürüblər və onlar risklərə görə cavabdehdirlər: "Əsas məqsəd əhalinin aztəminatlı təbəqəsinin problemli kreditlərinin həlli idi. Prezidentin dollar krediti olan fiziki şəxslərə güzəştin edilməsinə dair qərarı böyük əhali qrupunu əhatə edir. 10 min, 20 min, 50 min dollarlıq kredit artıq biznəs kreditləridir. Biznes sahibləri risklər üçün özləri cavabdehdirlər. Dövlətin bu yükü üzərinə götürmək öhdəliyi yoxdur".

Günay Elşadqızı / METBUAT.AZ

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Elman Rüstəmov , Mərkəzi Bank
İqtisadiyyat xəbərləri
Metbuat.az digər xəbərlər