Hacıqabulda maşınla vurulan piyada ölüb

Aprelin 12-də saat 19 radələrində Hacıqabul rayonunun Padar kəndi ərazisində Bakı şəhər sakini B.Əlizadə idarə etdiyi “Range Rover” markalı avtomobillə yolu keçən Ağdaş rayon sakini Xəyal Həmidovu vurub.
DİN-in mətbuat xidmətindən Moderator.az -a verilən məlumata görə, piyada xəstəxanaya aparılarkən yolda ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.