Hakan Fidan məxfi şəkildə Moskvaya səfər edib

Hakan Fidan məxfi şəkildə Moskvaya səfər edib

Türkiyə Milli Kəşfiyyat Xidmətinin rəhbəri Hakan Fidan məxfi şəkildə Moskvaya səfər edib.

Axar.az xəbər verir ki, bu məlumatı “RİA Novosti” agentliyi yayıb. Məlumata görə, Fidan Moskvada Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri ilə görüşüb.

Görüş zamanı Rusiya və Türkiyə prezidentləri arasında bir müddət əvvəl əldə olunan razılaşmaların reallaşdırılması və konkretləşdirilməsi istiqamətində müzakirələrin getdiyi bildirilib.

Siyasət xəbərləri
Axar.az digər xəbərlər