Bir ay ərzində Azərbaycanda 800-dən çox insan zəhərlənib: Doqquz nəfəri xilas etmək mümkün olmayıb
01-07-2022 09:40
- Hakimiyyet.az - Hadisə
Məlumata görə, onlardan 170-i Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərilərək, evə buraxılıblar: “Qəbul olan xəstələrdən 89-u dərmandan, 29-u sirkə turşusundan, 8-i dəm qazından, biri göbələkdən, beşi etil spirtindən, altısı isə kimyəvi məhluldan zəhərlənib. Zəhərlənən şəxslərin 69-u qadın, 92-si kişi, doqquzu uşaq olub.