Hamam hamam içində... - SUMQAYITDAN VİDEOREPORTAJ

Hamam hamam içində...  -  SUMQAYITDAN VİDEOREPORTAJ

Köhnə hamam, köhnə tas... Bu deyimi adlı-sanlı Coratın 400 yaşlı Hacı Məcid və üç əsrlik Təzə hamamına şamil etsək yanılmarıq. Artıq 20 ildən çoxdur fəaliyyətlərini dayandıran bu tikililər demək olar ki, son günlərini yaşayırlar.

Hazırda tarixin yadigarları dövlət tərəfindən tarixi abidə kimi qorunur. Amma şahidi olduğumuz mənzərə bunun əksini deməyə əsas verir.

Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsində isə fərqli düşünürlər. Onların sözlərinə görə, hər iki hamamın fəaliyyətinin bərpa olunması üçün böyük vəsait tələb olunur.

Gələcəkdə Corat qəsəbəsində yerləşən bu tarixi abidələrin əsaslı təmiri və ya bərpası işlərinin aparılması reallaşarsa ölkəmizə təşrif buyuran turistlərin də sözügüdən ərazidəki tarixi memarlıq abidələrinə marağı artar.

İndi isə bir neçə cümlə adı çəkilən hamamların özəlliyi və gözəlliyi barədə. Kükürdlü suyu ilə ta qədimdən məhşur olan Hacı Məcidin tikilməsində Əhliman adlı bir kişinin böyük rolu olub. Bura yaxınlıqda yerləşən Nəbi bulağının şirin, kükürdlü və müalicəvi əhəmiyyətli suyu ilə təmin edilib.

Günbəz şəkilli Təzə hamam isə qəsəbənin içində, məscidin yaxınlığında yerləşir. Mazutla qızdırılılan hamamdan istifadə edənlər 1kq buğda və yaxud da 2 çörək, 2 yumurta ödəyirdilər. Artıq sakinlər 70 ilə yaxındır ki, buranın qapısını açan da yoxdur.

Gəlin bir olaq, tariximizə, keçmişimizə, mədəniyyətimizə sahib çıxaq... Sahib çıxaq ki, sabahkı gün bizim də deməyə sözümüz göstərməyə izimiz olsun !!!

RAMİL ZEYNALLI

Mədəniyyət xəbərləri
Xeberle.com digər xəbərlər