Hamiləlikdə bunu yemək uşaqların zəkasını güclü edir - ELMİ ARAŞDIRMA

Hamiləlikdə bunu yemək uşaqların zəkasını güclü edir - ELMİ ARAŞDIRMA

İspaniyada keçirilən yeni bir araşdırmada məlum olub ki, hamiləlikdə sərt qabıqlı qoz-fındıq yemək uşaqların zəkasının inkişafına daha müsbət təsir göstərir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Barselona Qlobal Səhiyyə İnstitutunda aparılan tədqiqatda hamiləliyin ilk 3 ayında sərt qabıqlı qoz-fındıq yeyən anaların uşaqlarının zəkasının və yaddaşının daha yaxşı inkişaf etdiyi müşahidə olunub.

Tədqiqat İspaniyada 2200 hamilə qadın və uşaqları üzərində aparılıb. Ana olmağa hazırlaşan qadınlar hamiləliyin ilk 3 ayında həftədə 3 dəfə 30 qrama qədər qoz-fındıq yeyib.

Araşdırma rəhbəri Florens Jinyakın sözlərinə görə, uşağın beyninin inkişafı üçün hamiləlikdə qoz-fındıq kimi çərəzlər vacibdir. O, tədqiqatla bağlı bunları deyib:

"Hamiləlik müddətində beyin bir sıra mürəkkəb prosesdən keçir. Ananın qidalanması uşağın beyin inkişafında mühüm amildir və uzunmüddətli təsirləri olur.

Araşdırmada qoz, badam, fındıq, fıstıq və şam fıstığı kimi sərt qabıqlı çərəzlərin təsirləri öyrənilib. Bu çərəzlər yüksək miqdarda fol turşusu, omeqa-3 və omeqa-6 kimi yağ turşuları ehtiva edir. Odur ki, bu maddələr beyin toxumalarında, xüsusilə beynin ön hissəsində toplanır. Bu hissə yaddaş və digər funksiyalardan cavabdehdir. Qoz, fındıq və fıstıq kimi çərəzlər yeniyetmələrdə yüksək təzyiq, oksidativ stress və diabet riskini azaltmaqla yanaşı, yaşlılıqla bağlı yaranan zehni zəifliyin qarşısını alan qoruyucu xüsusiyyəti ilə tanınır".

Aytən Məftun

Hadisə xəbərləri
Publika.az digər xəbərlər
Heydər Əliyev Fondunun 15 illik yubileyidir - FOTO

Heydər Əliyev Fondunun 15 illik yubileyidir - FOTO

10-05-2019 10:11 - Publika.az - Siyasət
Fondun əsas məqsədi görkəmli siyasi xadim Heydər Əliyevin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək vermək, Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə ümummilli lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına kömək etmək, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirmək, respublikanın və xarici ölkələrin fondları, QHT-ləri, ictimai təşkilatları ilə əməkdaşlığı genişləndirmək, onlarla birgə layihələr həyata keçirməkdir.



Həmçinin Fond yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərir, insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım edir, Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək edir, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət edir, Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərir.