Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibi təsdiq edildi

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibi təsdiq edildi

3 may 2019-cu il tarixində Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev “Hasilat sənayesində
şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə
tədbirlər haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli Fərmanında dəyişiklik edilməsi
barədə Fərman imzalayıb.

Fərmana əsasən, Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın (bundan sonra –
Komissiya) yeni tərkibi genişləndirilmişdir. Belə ki, Komissiyanın tərkibinə –
Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru (sədr),Azərbaycan
Respublikasının Energetika, Vergilər, Maliyyə, İqtisadiyyat, Ekologiya və təbii
sərvətlər nazirlərinin müavinləri, Dövlət Statistika Komitəsi sədrinin müavini ilə
yanaşı Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini də daxil edilmişdir.

!© Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

Siyasət xəbərləri
Azpress.az digər xəbərlər