Havanı çirkləndirən zavod cəzalandı

Havanı çirkləndirən zavod cəzalandı

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi 14 ünvanında fəaliyyət göstərən "S.Steel” MMC metaləritmə zavodundan atmosferə atılan tullantılarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən növbəti araşdırma və monitorinq keçirilib.

Xeberle.com xəbər verir ki, atmosferə atılantullantıların miqdarının bu dəfə də normadan artıqolduğu müəyyən edilib.

Qeyd edək ki,ETSN tərəfindən 2018-ci ilin dekabr ayındazavod barəsində akt, protokol tərtib olunmuş və zavodamüasir standartlara cavab verən təmizləyici qurğunun quraşdırılması ilə bağlı icrası məcburi olan müddətli "məcburi göstəriş” verilmişdi.Məcburi göstərişin tələblərini yerinə yetirmədiyi üçün zavod barəsində yenidən protokol tərtib edilərək hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış sənədlər Suraxanı rayon məhkəməsinə göndərilib.


Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Hadisə xəbərləri
Xeberle.com digər xəbərlər