"Hazırda aqrar sahədə sığorta işləmir"

"Hazırda aqrar sahədə sığorta işləmir"

“Bu gün aqrar sığorta mexanimzinin işləməsi kənd təsərrüfatının inkişafı fermrerlərin şikayəti baxımından çox əhəmiyyət daşıyır. Bundan əvvəl bu istiqamətdə qanun layihəsi qəbul olunsa da, işlək olmayıb. Sığorta mexanizminin işlənməsində müəyyən problemlər var”. SİA-nın xəbərinə görə, bunu kənd təsərrüfatı nazirinin müavini İlham Qədimova Milli Məclisin iqtisadi siyasət. sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən komitə iclasında çıxış edərkən deyib.

O bildirib ki, indiyədək aparılan müşahidələr zamanı məlum olub ki, nə kənd təsərrüfatı istehsalçılarının, nə də sığortaçıların bu istiqamətə marağı yoxdur: “Bir sözlə sığorta bu sahədə işləmir. Başqa ölkələrdə bununla bağlı işlək mexanizm var”.

Nazir müavini söyləyib ki, kənd təsərrüfatı sahəsində işləyənlərin maliyyə gəlirləri qədər yüksək olmadığı üçün onların sığortaya marağının olmaması başa düşüləndir: “Bu baxımdan yeni “ Aqrar sığorta haqqında” qanunda müşətərək sığortanın tətbiq edilməsi mühümdür. Yeni qanuna əsasən aqrar sığortaya dövlət tərəfindən dəstək göstəriləcək, aqrar sığorta sahəsində məsuliyyətli qurum olacaq. Burada əsas məsələlərdən biri sığortaçıların bu riskli sahəyə cəlbidir ki, buna ehtiyac var. Müşətərək sığorta sistemi ilə aqrar sahədə sığortanın şlənməsinə imkan yaradacaq”.

loading...

İqtisadiyyat xəbərləri
Sia.az digər xəbərlər