HDP İmamoğlunu dəstəklədi - Qərar açıqlandı


HDP İmamoğlunu dəstəklədi - Qərar açıqlandı

PKK terror təşkilatının siyasi qolu HDP İstanbulda təkrar keçiriləcək bələdiyyə seçkilərində CHP-nin namizədi Əkrəm İmamoğlunu dəstəkləyəcəklərini açıqlayıb.

Qərar HDP-nin Mərkəzi İcra Şurasının bu gün keçirləcək toplantısında verilib.

HDP-nin yazılı olaraq yaydığı açıqlamada CHP ilə birgə "İstanbul İttifaqı" qurduqları və seçicilərini Əkrəm İmamoğluna səs verməyə çağıracaqları qeyd olunub.

Xatırladaq ki, 31 martda keçirilən bələdiyyə seçkilərində PKK-nın siyasi qolu HDP İstanbuldan namizəd irəli sürməmiş, CHP-nin namizədi İmamoğlunu dəstəkləmişdi/Avropa.info.

Cebhe.info


Oxunma sayı: 100