Həcc ziyarətində olan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLAR


BiG.AZ Həcc ziyarətində olan azərbaycanlı məşhurların siyahısını təqdim edir:

Aktyor Elcan Rəsulov iki dəfə Həcc ziyarətinə yollanıb.

Xalq artisti Bilal Əliyev Həcc ziyarətində olub. O, bundan əvvəl də bir neçə dəfə müqəddəs yerləri ziyarət edib.

Müğənni Emil Bədəlov iki dəfə Həcc ziyarətində olub. Emil Bədəlov ilk dəfə Həcc ziyarətində 2013-cü ildə olub.

Aparıcı Nuran Hüseynov müqəddəs Kəbəni ziyarət edənlərdəndir.

Əməkdar artist Nüşabə Ələsgərli də Həci xanımdır.

Əməkdar artist Mətanət İsgəndərli də Həcc ziyarətində olub. Müğənni Məkkəyə ziyarətini bacısı Sədaqətlə edib.

Müğənni Rüfət Axundov da Həcc ziyarətində olub.

Fəaliyyəti dayandırılmış ANS telekanalının rəhbəri Vahid Mustafayev və vitse- prezidenti Mirşahin Ağayev də Həcc və Ümrə ziyarətinə gedib.

”Bu şəhərdə”nin aktyorları Coşqun və Rafael də Həcc ziyarətində olub.

Xalq artisti Alim Qasımov bir neçə il öncə Həcc ziyarətində olub.

Əməkdar artist Zöhrə Abdullayeva da Həci xanımdır: "İki dəfə həcc ziyarətində olmuşam. Çox gözəl yerdir".

Bir neçə dəfə Həcc ziyarətində olanlardan biri də müğənni İzzət Bağırovdur: "Birinci dəfə 2006-ci ildə, ikinci dəfə 2008-ci ildə ziyarətə getmişəm".

Meyxanaçı Elşən Xəzər də Həcc ziyarətində olub.

Ruida M.
Mədəniyyət xəbərləri
Big.az digər xəbərlər