Həftərin ordusu MRH-nin iki təyyarəsini vurub

Həftərin ordusu MRH-nin iki təyyarəsini vurub

Həftərin ordusu MRH-nin iki təyyarəsini vurub

Marşal Xəlifə Həftərin rəhbərlik etdiyi "Liviya Milli Ordusu" (LMO) Milli Razılıq Hökumətinin iki təyyarəsini vurub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə LMO-nun rəsmisi, general-mayor Əhməd əl-Mismari bildirib.

Onun sözlərinə görə, dünən təyyarələrdən biri Cufra bazası yaxınlığında, digəri isə əl-Vatiya bazası ətrafında vurulub.

Mismari həmçinin qeyd edib ki, ordu qüvvələri Tripolinin cənubundakı qaynar nöqtələrə nəzarət edir

Ağalar Ağalarlı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Həftər Liviya Təyyarə

İKT xəbərləri
Ordu.az digər xəbərlər