“Həmin hadisələr Ermənistanda və Dağlıq Qarabağda radikalizmi artırdı...”

“Həmin hadisələr Ermənistanda və Dağlıq Qarabağda radikalizmi artırdı...”

Ermənistanda 2011-ci ildə baş vermiş “məxməri inqilab” davam etməkdə olan Dağlıq Qarabağ münaqişəsində sülhüm əldə olunmasına ümidlər yaratdı, lakin maneələr hələ də qalır.

Virtualaz.org xəbər verir ki, bu fikir ABŞ-da dərc olunan nüfuzlu “The National İnterest” jurnalında dərc edilmiş məqalədə yer alır. Məqalənin müəllifi isə Princeton Universitetinin Yaxın şərq Araşdırmaları Departamentinin nəzdindəki Fulbrayt Araşdırmaları proqramının iştirakçısı, Ermənistanın İctimai Elmlər Akademiyasının və Rusiya-Ermənistan Universitetinin siyasi elmlər üzrə mühazirəçisi Ruben Elamiryandır.

Müəllif yazır ki, ötən il baş verən hadisələr həm Ermənistanda, həm Dağlıq Qarabağ erməniləri arasında radikalizmi artırdı. Nəticədə istənilən ərazi güzəştinə xəyanət kimi baxılmaqdadır.

“Hərçənd münaqişəyə cəlb olunmuş bütün oyunçular Cənubi Qafqazda uzunmüddətli sülhə və rifaha can atır, amma onların hər birinin yeni təhlükəsizlik arxitekturasını təmin etmək üçün öz baxışları var. Bununla belə problemin həlli bütün tərəflər üçün qarşılıqlı qələbə ola bilər, əgər dönüş nöqtəsi kimi daha geniş regiona uzunmüddətli və möhkəm sülhün gərək olduğu etiraf edilərsə”-müəllif yazır.

Məqalədə deyilir ki, Azərbaycan və Ermənistan hakimiyyətləri arasında son təmaslar, danışıqlar alqışlanır. Çünki belə dialoq sonradan əməkdaşlığa transformasiya edə bilən etimad mühiti yaratmağa, digər tərəfdən dialoq hər iki tərəfin mövqelərini dərk etməyə, qırmızı xətləri dəqiqləşdirməyə imkan verir.

Erməni araşdırmaçı yazır ki, uzunmüddətli sülh və möhkəm təhlükəsizlik arxitekturası qısamüddətli üstünlüyə qurban verilməli deyil. Çünki gələcəkdə bu təhlükəsizliklə bağlı daha ciddi problemlər meydana çıxara bilər.

Bu baxımdan Elamiryan hesab edir ki, Dağlıq Qarabağın hüquqi statusu ilə bağlı nizamlamanın məhək daşıdır, müvəqqəti status da daxil olmaqla hansısa aralıq həll uzunmüddətli və etibarlı ola bilməz. Hətta münaqişə regionuna sülhməramlı qüvvələr yeridilsə belə.

Erməni müəllif qeyd edir ki, Ermənistan hakimiyyəti həm Azərbaycan, həm beynəlxalq ictimaiyyət üçün nizamlamaya dair dəqiq hədəflərini, qırmızı xətlərini müəyyən etməlidir.

Virtualaz.org

Açar sözlər
National Interest , Elmlər Akademiyası , Yaxın Şərq Araşdırmaları Departamenti , Azərbaycan , Qarabağ , Abş , Ermənistan , Rube
Siyasət xəbərləri
İsgəndər Həmidov AXC dövrünün cinayətlərindən danışdı:“Bizim hakimiyyətin 6 böyük cinayəti vardı”-VİDEO

İsgəndər Həmidov AXC dövrünün cinayətlərindən danışdı:“Bizim hakimiyyətin 6 böyük cinayəti vardı”-VİDEO

26-04-2019 15:32 - Strateq.az - Siyasət
Onunla çox maraqlı məqamlardan danışmışıq…Əvəz Zeynallı“Azadlıq salnaməsi”İsgəndər Həmidov “Azadlıq salnaməsi”ndə deyir ki:– Korrupsiya cinayəti ancaq hakimiyyətə bağlı cinayətdir, onu vətəndaş edə bilməz– 1990-cı ildən korrupsiya ilə mübarizə aparıram– 1990-cı ilin yanvarına qədər Əbülfəz Elçibəyin tapşırığı ilə kölgədə qalmalı oldum– Ruslar öz səfirliklərini vurmaq istəyirdilər – hərəkatı gözdən salmaq üçün– Yaqub Məmmədovun fərmanı ilə daxili işlər naziri oldum – Əbülfəz bəy əlini masaya vurdu ki, sən daxili işlər naziri olmalısan– Elçibəy hökumətinin ilk naziri mən oldum– İxtiyar Şirini respublika prokuroru, Dadaş Rzayevi isə müdafiə naziri qoyanda nəinki etiraz eləmişəm, hətta yazılı Əbülfəz bəyə müraciət eləmişəm – onların əleyhinə– Hacı Əbdül süpürgə götürüb Meydanı süpürürdü– AXC-dən hakimiyyətdə iki nəfər vardı – biri Əbülfəz Elçibəy idi, biri mən– Yatsam, yuxuma girməzdi daxili işlər naziri olacağam– Bakatinə salam vermədim ki, əlin mənim xalqımın qanına batıb– Məni mühakimə edən hakim dedi ki, sənə iş verəcəm və çox iş verəcəm, amma çalışacam ki, güllə olmasın – mən də güldüm– Mədət Quliyevi işə mən götürmüşəm– Eldar Həsənovu Gəncədə işdən mən çıxardım.
Virtualaz.org digər xəbərlər