Həmsədr ölkə 2020-ci ildə Ermənistana elə təyyarələr verəcək ki... “Artıq ilk ödəmələr edilib!”

Rusiya çoxfunksiyalıSu-30SM qırıcılarını Ermənistana 2020-ci ildə təhvil verəcək.
Moderator.az erməni mətbuatınaistinadən xəbər verir ki, bu haqda Ermənistanın müdafiə naziri Davit Tonoyan məlumatverib. Ermənistana veriləcək Su-30SM-lər üçün ilk ödəmənin Rusiya tərfinəedildiyinə diqqət çəkən erməni nazir, yaxın gələcəkdə bu istiqamətdə fəalyyətlərinidavam etdirəcəklərini bildirib.
Tonoyan qeyd edib ki, ErmənistanınRusiyadan silah alması qarşıdakı dönəmdə də davam edəcək və Ermənistan “çoxyüksək dərəcədə” silahlanacaq.
Xatırladaq ki, sonvaxtlar Azərbaycanla Ermənistan aarsında humanitar sahədə əməkdaşlıq məsələsigündəmə gəlib. Belə ki, bəzi siyasilər hesab edir ki, humanitar sahədəreallaşan əməkdaşlıq “çoxillik buzların” əriməsinə və problemin həllində müəyyənirəliləyişin baş verməsinə səbəb ola bilər. Lakin görünən odur ki, Ermənistanhumanitar əməkdaşlıq müstəvisinə də “yüksəkdərəcədə” silahlanmış halda, Su-30SM-lərlə gələcək.
Onu da qeyd edək ki,Minsk qrupunun həmsədri olan Rusiya təcavüzkar dövləti uzun illərdir ki,silahlandırmaqda davam edir. Elə bu səbəbdən də bir sıra politoloqlar Rusiyanınhəmsədr ölkə statusunun əlindən alınması və onun vasitəçilik missiyasındanuzaqlaşdırılmasını zəruri hesab edir.
Seymur ƏLİYEV